Komitə sədri Gürcüstanda yaşayan azərbaycanlılarla görüşdü - Foto

13 İyun 2018 19:15 (UTC+04:00)

AzNews.az-a Komitədən verilən məlumata görə, istinadən xəbər verir ki,F.Muradov bu ölkədə yaşayan azərbaycanlılarla görüşüb.

Onlarla soydaşımızın iştirak etdiyi görüşdə onları maraqlandıran bir çox məsələlər müzakirə olunub. F.Muradov əlilliyi olan şəxlərin vəziyyəti ilə maraqlanıb və onların bir qrupuna müasir tipli əlil arabaları bağışlayıb. Arabalar Əlillər Cəmiyyətinin sədri Rövşən Əliyevə təqdim edilib. Bundan başqa F.Muradov azərbaycanlı gənclərin təhsil alma imkanları, müasir biliklərə yiyələnmək üçün onlara yaradılan şəraitlə maraqlanıb. Bir qrup gəncə kompüterlər hədiyyə edilib.

Komitə sədrinin Gürcüstana səfəri davam edir.