Gürcüstanın baş nazirindən istefa

13 İyun 2018 19:30 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Mən hər bir vətəndaşın baş naziri olmağa çalışdım. Bu gün öz vəzifəmi tərk edirəm", - o, keçirdiyi brifinqdə bildirib.

Xatırladaq ki, G.Kvirikaşvili etirazlar fonunda vəzifəsindən getməyəcəyini bildirmişdi.

Qeyd edək ki, G. Kvirikaşvili 2015-ci ilin dekabrın 30-dan baş nazir vəzifəsində çalışır. Buna qədər o xarici işlər, baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri olub.

Gürcüstan Konstitusiyasına əsasən baş nazirin istefasından sonra hökumətin səlahiyyətlərinə xitam verilir.