FED uçot dərəcəsini artırdı

13 İyun 2018 22:11 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

FED-in proqnozlarına görə, 2018-ci ildə daha iki dəfə uçot dərəcəsinin artacağı gözləynilir.

Qeyd edək ki, bundan əvvəl FED martın 21-də uçot dərəcəsini artırıb.

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.