İranda 4,7 bal güclü zəlzələ

13 İyun 2018 23:34 (UTC+04:00)

APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Yerli vaxtla saat 21:17-də qeydə alınan yeraltı təkanların episentri Kirman şəhərindən 149 km şimal-şərqdə, ocağı 12 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

AzNews.az