Tramp doğum günü ilə əlaqədar bir gün istirahət götürüb

14 İyun 2018 09:32 (UTC+04:00)

Trend-in məlumatına görə, Ağ Evin gündəlik proqramında deyilir: "Prezidentin heç bir rəsmi tədbiri nəzrdə tutulmayıb". Tramp səhər saatlarında Şimali Koreya lideri Kim Çen Inla Sinqapur danışıqlarından qayıtdıqdan sonra çərşənbə günü də istirahət edirdi.

Cümə axşamı prezidentin 72 yaşı tamam olur. O, ABŞ tarixində prezident vəzifəsinə seçilmiş ən yaşlı şəxsdir. Seçildiyi zaman Trampın 70 yaşı tamam olmuşdu.

Xatırladaq ki, Tramp 14 iyun 1946-cı ildə Nyu-York şəhərinin Kuins əyalətində anadan olub. Prezident vəzifəsində bu onun ikinci ad günüdür.

Prezidentin ad gününü necə qeyd edəcəyi planları haqda Ağ Ev məlumat vermir.

AzNews.az