ABŞ Dövlət Departamentindən “Cənub Qaz Dəhlizi” ilə bağlı açıqlama

14 İyun 2018 09:54 (UTC+04:00)

Bu barədə Trend-ə ABŞ Dövlət Departamentindən bildiriblər.

Departamentdən deyiblər ki, bu layihə Avropanın enerji bazarlarının dayanıqlılığını yüksəldəcək və qaz idxalı üzrə bir mənbədən asılılığı azaldacaq.

Qeyd olunub ki, "Cənub Qaz Dəhlizi" Avropanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir:

"Belə ki, bu boru kəməri qitəyə yeni marşrutla keçməklə Avropaya tamamilə yeni qaz mənbəyi təqdim edəcək".

Xatırladaq ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin istismara verilməsi mərasimi keçirilib.

AzNews.az