Biz İtaliyanı dəstəkləyirik - Merkel

14 İyun 2018 11:33 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, Almaniya kanslerinin mətbuat katibinin sözlərinə görə, İtaliya xüsusən coğrafi mövqeyinə görə xeyli sayda qaçqın və miqrant çoxluğundan əziyyət çəkir. “Heç bir ölkə bu məsələdə təkbaşına qalmamalıdır. Buna görə biz İtaliyanı dəstəkləyirik və onu Avropanın ümumi probleminin həlli prosesində mühüm tərəfdaş kimi qəbul edirik”, – deyə Şteffen Zayberq qeyd edib.

AzNews.az