4 ay ərzində 4868 boşanma qeydə alındı

14 İyun 2018 11:48 (UTC+04:00)

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,5, boşanmaların sayı isə 1,5 olub.

Bu ilin yanvar-aprel ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1310 nəfər Azərbaycana gələn, 426 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 884 nəfər təşkil edib.

AzNews.az