Direktor “Son zəng”də bıçaqlanma xəbərindən danışdı

14 İyun 2018 12:26 (UTC+04:00)

Direktor İmran Sabirov AzNews.az-a açıqlamasında rəhbərlik etdiyi təhsil ocağında belə bir hadisənin olmadığını deyib:

“Mən saat 08:00-dan burdayam. Tədbirimiz bu saat yekunlaşıb. Rauf həyətdə uşaqlarla şəkil çəkdirir. Bu, necə ola bilər? Belə şayiələri ağzına gücü çatmayan adamlar yayırlar. Belə bir hadisə olmayıb”.

Qeyd edək ki, Qobustanda “son zəng” günü bıçaqlanma hadisəsinin baş verməsi haqda mətbuatda xəbərlər yayılıb. “Report”un məlumatına görə, A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Rauf Ağaquliyevlə 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. O, polis əməkdaşları tərəfrindən saxlanılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az