Argentinadakı məhbuslar aclıq aksiyası elan etdilər, səbəbi isə...

14 İyun 2018 12:56 (UTC+04:00)

"Report" "Publimetro"ya istinadən xəbər verir ki, Puerto-Madrin şəhər həbsxanasındakı dustaqlar Rusiyada keçiriləcək dünya çempionatını izləmək üçün bu addımı atıblar.

Onlar üç gündür işləməyən televiziya kabelinin təmir olunmasını tələb edirlər. Məhbusların məktubunda deyilir: "Biz bu problem həll olunmayınca günorta və axşam yeməklərini qəbul etməməyə qərar verdik".

Məhkəmənin ərizəyə baxmaq üçün heç bir əsas tapmadığı bildirilir.

Qeyd edək ki, DÇ-2018-də Argentina millisi İslandiya (16 iyun), Xorvatiya (21 iyun) və Nigeriya (26 iyun) ilə birgə D qrupunda mübarizə aparacaq.

AzNews.az