Novruz Məmmədov Fransa prezidentinin diplomatik müşaviri ilə görüşdü

14 İyun 2018 15:44 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, görüşdə siyasət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdəki əlaqələr, eləcə də Dağlıq Qarabağ məsələsi, Azərbaycan-Aİ münasibətləri, həmçinin regional geosiyasi vəziyyət müzakirə edilib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyəti vurğulanıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bildirilib. Qeyd edilib ki, Dağlıq Qarabağ münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, xüsusilə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində Fransadan səylərini artırması gözlənilir.

AzNews.az