I rübdə Azərbaycanın xalis maliyyə aktivləri 1 milyard dollaradək artdı

14 İyun 2018 16:02 (UTC+04:00)

"APA-Economics" xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-mart ayları üçün tədiyyə balansında öz əksini tapıb.

Sənəddə qeyd olunub ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (562,3 mln. dollar), portfel investisiyaları (88,2 mln. dollar), törəmə maliyyə alətləri (1,4 mln. dollar) və digər investisiyalar (334 mln. dollar) hesabına formalaşıb.

Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 523,2 mln. dollar təşkil edib ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (128,8 mln. dollar), neft bonusu (450,1 mln. dollar), portfel investisiyaları (-46,6 mln.$) və digər investisiyalar (-9,1 mln. dollar) hesabına formalaşıb.

AzNews.az