Hindistanda torpaq sürüşməsi - 4 nəfər öldü

14 İyun 2018 16:23 (UTC+04:00)

Trend-in məlumatına görə, ölkənin cənubundakı Kerala ştatındakı sürüşmə nəticəsində azı 4 nəfərin öldüyü bildirilir. Daha 8 nəfərin isə torpaq altında qalaraq itkin düşdüyü deyilir.

Torpaq sürüşməsinə isə bir neçə gündür aramsız yağan yağışlar səbəb olub. Sürüşmə ərazisində 5 yaşayış evi tamamilə dağılıb.

Hazırda təbii fəlakət baş verən ərazidə xilasedicilər işləyir. İtkin düşmüş şəxslərin axtarışı aparılır.

AzNews.az