Məktəblini maşın vurdu

14 İyun 2018 17:54 (UTC+04:00)

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 5-ci mikrorayon ərazisində baş verib.

Sumqayıt şəhər sakini, 2002 -ci il təvəllüdlü Günel Ceyhun qızı Sadıxovanı yolu keçərkən naməlum avtomobil vurub. O, dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, hadisə G.Sadıxova repititor yanından gələn zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az