Bakıda bu məktəblər təmir ediləcək

14 İyun 2018 18:04 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 2017-2018-ci tədris ili ilə bağlı hesabatında bildirilib ki, prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Binəqədi rayonu üzrə 179 və 300, Qaradağ rayonu üzrə 223, Sabunçu rayonu üzrə 78, 187, 192, 198 və 295 nömrəli tam orta məktəblər, Nərimanov rayonu Humanitar Fənlər Gimnaziyası və Suraxanı rayonu Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri və bərpası nəzərdə tutulur.