Yeni tədris ilində I sinfə qəbul olacaq uşaqların sayı - Proqnoz

14 İyun 2018 19:43 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 2017-2018-ci tədris ili ilə bağlı hesabatında bildirilib.

Hesabatda qeyd edilir ki, 39 000 nəfər ümumi təhsil məktəbini, 3 500 nəfər isə lisey və gimnaziyanı seçib. Bu, paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 85 faizinə yaxın göstəricidir.

2018-2019-cu tədris ilində I sinfə 50 000-dən çox uşağın qəbulu proqnozlaşdırılır.