Türkiyədə hakim partiya üzvlərinə hücum - 3 ölü, 8 yaralı (Fotolar)

14 İyun 2018 20:07 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Şanlıurfa şəhərinin Suruç rayonunda, Cümhuriyyət məhəlləsində qeydə alınıb.

Silahlı insident 3 nəfərin ölümü, 8 nəfərin yaralanması ilə nəticələnib.

Partiya üzvlərinə xəsarət yetirənlərin kimliyi məlum deyil. Türkiyə polisi hadisə ilə bağlı araşdırma aparır.

AzNews.az