Açılış matçında Rusiyadan darmadağın - Foto

14 İyun 2018 20:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, futbol üzrə dünya çempionatının ilk oyunu Rusiya və Səudiyyə Ərəbistanı mililəri arasında keçirilib.

Oyun Rusiya milisinin 5:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.

Matçda ilk qol 12-ci dəqiqədə Yuri Gazinskiy vuraraq darmadağının əsasının qoyub.

Çerişev 43 və 90-cı dəqiqələrdə fəqlənərək çempionatdakı ilk "Dubl"a imza atıb.

Digər qolları isə Artem Dzuba və Aleksandr Golovin vurub. Oyunçular müvafiq olaraq 71-ci və əsas vaxta əlavə olunmuş dəqiqələrdə fərqlənə biliblər.