Azərbaycandan Türkiyəyə daha tez çatmaq mümkün olacaq?

14 İyun 2018 21:09 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi ölkənin qərbi ilə şərqini əlaqələndirən Rikot aşırımında yol tikintisi üçün tender elan edib.

Qeyd olunur ki, bu layihə üçün ümumilikdə 2 milyard dollara yaxın vəsait sərf olunacaq.

Nazirlik rəsmisi bildirib ki, infrastruktur layihələri nəticəsində “Qırmızı körpü”dən “Sarpi”yədək olan yol 7-8 saatdan 4-4,5 saatadək azalacaq.