Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası

14 İyun 2018 22:22 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, rayonun 1963-cü il təvəllüdlü Gülməmmədli kənd sakini Nəzərov Əlizadə Lələxan oğlu minik avtomobili tərəfindən vurulub.

Yaralı dərhal müxtəlif xəsarətlərlə sürücü tərəfindən xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.