Yəməndə vəziyyət qarışır - BƏƏ əməliyyatlara başladı

14 İyun 2018 23:45 (UTC+04:00)

Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə cümə axşamı əmirliyin WAM informasiya agentliyi məlumat yayıb.

"Yəmənin qanuni hökumətinin müraciəti əsasında Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası tərkibində olan silahlı qüvvələrimiz Hudeydə şəhər və limanının husilərdən azad edilməsi üzrə əməliyyata başlayır", — deyə BƏƏ-nin Nazirlər Şurasının bəyanatında bildirilir.

Bundan əvvəl Səudiyyə Ərəbistanı qoşunları Hudeydə şəhərinə hücuma keçib.