Məşhur müğənnidə iflic riski

21 Mart 2013 21:50 (UTC+04:00)


Yaxın günlərdə türk müğənnisi Sərən Sərəngil Kavacıkda yerləşən Medistase Xəstəxanasına aparılıb. İlkin məlumatlarda onda iflic riskinin olduğu bildirisə də, müğənni səhhətinin yaxşı olduğunu deyib: "Bazar ertəsi hamamda çimərkən son hamiləlikdən qalan yüksək təzyiq səbəbilə təzyiqim 170-ə qalxmışdı. Bu səbəbdən huşumu itirdim və başım divara dəydi. Menecerim məni duşdan çıxardı və dərman verdi. Təzyiqim daha sonra anidən 90-a düşdü. O an ayaqlarımı hiss etmeyince çox qorxdum".

Xəstəxanadan verilən məlumata görə, Sərən Sərəngil səhhətində ciddi bir şey yoxdu və o, bir neçə gündən sonra evə buraxılacaq çıxarılıcaq.

Xəyalə Məmmədova
AzNews.az