Azərbaycanda bayram namazı qılındı - Fotolar

15 İyun 2018 10:01 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, Təzə Pir məscidində qılınan namaza Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə və ailə üzvləri də qatılıb.

QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bayram xütbəsində Azərbaycan xalqının təhlükəsizliyi üçün dua edib, erməni işğalçılara lənət oxuyub.

Bundan əvvəl isə Əjdərbəy məscidində bayram namazı qılınıb.