Mərkəzi Bankdan 300 milyonluq hərrac

15 İyun 2018 10:52 (UTC+04:00)

BFB-dən AzNews.az-a verilən məlumata görə, İyunun 20-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının həcmi 300 milyon manat olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Hərraca çıxarılan 3 milyona yaxın notların hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar 2018-ci il iyulun 28-də ödəniləcək.

Qısamüddətli notlar pul kütləsinin dövriyyəsi üçün maliyyə-kredit siyasətinin əsas aləti sayılır. Notları ancaq banklar ala bilər.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən artıq olmamalıdır - 1 rəqabətli və 1 qeyri-rəqabətli.

Qeyd edək ki, 2018-ci il iyunun 15-ə olan məlumata əsasən, USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.