BMT-nin baş ofisində futbol oynanıldı - Baş katib "hakim" oldu (Fotolar)

15 İyun 2018 12:07 (UTC+04:00)

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı Baş Ofisində bir araya gələn Təhlükəsizlik Şurasının üzvləri futbol forması geyiniblər. Təmsilçilər DÇ-nin açılışı şərəfinə Şuraya milli komanda formalarında gediblər. Onların arasında ABŞ-ın daimi təmsilçisi Nikki Heyli, rusiyalı təmsilçi Vasili Nebenziya və fransız təmsilçi Fransua Delatr da olub. BMT-nin baş katimi Antonio Quterreş isə hakim forması geyinib.

Qeyd edək ki, DÇ-2018 Rusiyada keçirilir.

AzNews.az