Sabiq nazir müavininin şikayəti əsasında məhkəmə başladı

15 İyun 2018 12:37 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib.

Qərarın elanı qeyri-müəyyən günədək təxirə salınıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il azadlıqdan məhrum edilib. O, bəraət xahişi ilə hökmdən apellyasiya şikayəti verilsə də, təmin olumayıb.

M. Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilib.