Gürcüstanda polis rəisi qətlə yetirildi

15 İyun 2018 13:35 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, ötən gecə baş vermiş insident zamanı qətlə yetirilən şəxs Kobuleti rayonunun Muxaestate kəndinin polis departamentinin rəisi Buta Antadzedir.

O, soyuq silahla öldürülüb.

Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.

Qətli törədən şəxs artıq saxlanılıb.