Van Persi UEFA-nı qorxaq adlandırdı

21 Mart 2013 22:31 (UTC+04:00)
Real Madridin qalib gəldiyi və Naninin qırmızı vərəqə gördüyü oyundan sonra bütün Mançester Yunayted cəbhəsi, oyunun baş hakimi Cüneyt Çakıra etirzalarını bildirmişdilər


AzNews.az xəbər verir ki, bu məsələ ilə bağlı düşüncələrini açıqlayan Roben Van Persi isə "İlk dəfə eşidəndə, niyə son aylar ərzində böyük oyun idarə etməmiş, tanınmayan bir hakimin bu oyunda yer aldığını başa düşmədim"- deyib.

Komanda yoldaşı Naninin gördüyü qırmızı vərəqinin çox səhf qərar olduğunu bildirən futbolçu sözlərinə bunları əlavə edib:

"Bu vəziyyətdən sarı vərəqədə çıxarda bilməzsiniz. Çünki cərimə deyildi. Nani özü istəmədən Arbelao ilə toqquşdu. Ən pisi isə, UEFA-nın Cüneyt Çakırı müdafiə etməsidir. Bu çox təəssüfdoğruacaq bir vəziyyətdir".

Fərid
AzNews.az