Baş nazir Azərbaycan xalqını təbrik etdi

15 İyun 2018 13:49 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, hökumət başçısı təbrikini sosial şəbəkə vasitəsilə yayıb.

Təbrikdə deyilir:

"Hamını müqəddəs Ramazan bayramı və xalqımızın Milli Qurtuluş Gününün 25-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizin ailəsinə xoşbəxtlik, səadət, firavanlıq və ürəyinizdə tutduğunuz arzu və niyyətlərinizin həyata keçməsini diləyirəm"