Azərbaycan əhalisinin 5 ayda gəlirləri nə qədər olub? - Artım var

15 İyun 2018 14:21 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, nominal gəlirlər əhalinin hər nəfərinə orta hesabla 2119,1 manat təşkil edib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 19 milyard 081,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,8 faiz çox vəsait qalıb.