"İlham Əliyev və Paşinyanın görüşməsi barədə danışmaq hələ tezdir" - Kreml

15 İyun 2018 14:05 (UTC+04:00)

"Report"un "RİA Novosti"yə istinadən məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, iyunun 14-də Moskvada Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında ilk tanışlıq olub.

"Gələcək təmaslar barədə danışmaq hələlik tezdir", - deyə D.Peskov üçtərəfli və ya ikitərəfli görüşün olub-olmayacağı barədə sualı cavablandırarkən bildirib.

Xatırladaq ki, İ.Əliyev və N.Paşinyan iyunun 14-də Moskvada 2018-ci il futbol üzrə dünya çempionatının açılışında iştirak ediblər.

AzNews.az