İsmayıllıda ağır qəza - Ölənlər və yaralılar var (Fotolar + Video)

15 İyun 2018 15:43 (UTC+04:00)

AzNews.az-a DİN iyunun 14-də saat 22 radələrində Göyçay rayon sakini Çingiz Eminov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun hərəkət hissəsində olan 2 baş inəyi vurub və yolun kənarındakı maneəyə dəyərək aşıb.

Nəticədə sürücü və sərnişinlərindən həmyerlisi Bəyim Abışova və Bakı şəhər sakini Sona Məmmədi hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.