AzNews.az-a bu barədə şirkətdən məlumat verilib.
Doğmalarınız ilə bayram sevincini yaşamaq və sevdiklərinizlə bolluca danışmaq üçün şirkət bütün Fakturalı xətt və SimSim abünəçilərinə 60 şəbəkədaxili dəqiqə hədiyyə edir. Kampaniyadan yararlanmaq üçün 15-16.06.2018 tarixlərində RAMAZAN yazıb 5005-ə SMS ilə göndərmək kifayətdir. 5005-ə göndərilən istək SMS-ləri pulsuzdur. Təqdim olunan pulsuz dəqiqələrdən 2 gün ərzində istifadə etmək mümkündür. Hər abunəçi kampaniyadan yalnız 1 dəfə yararlana bilər.
Azercell Telekom bütün Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edir!