Bərdədə bədbəxt hadisə nəticəsində 1 nəfər öldü - Fotolar

15 İyun 2018 16:37 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Sənaye küçəsində yerləşən təkər təmiri sexində baş verib.

Sexdə təmir olunan avtomobilin təkəri partlayıb. Nəticədə 38 yaşlı usta Məmmədov Elnur İslam oğlu ölüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.