AzNews.az APA-ya istinadən xəbər verir ki, rayonun Dəliməmmədli qəsəbəsindən keçən su kanalına girən 13-14 yaşlı iki oğlan boğulub.
Hadisə yerinə xilasedicilər cəlb olunub, yeniyetmələrdən birinin meyiti sudan çıxarılıb.
Digər yeniyetmənin axtarışı davam edir.