Cəbhəboyu zonada hərbi birliyin təlimləri başa çatdı - Fotolar + Video

15 İyun 2018 17:10 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, təlimlərə 2000 nəfərədək şəxsi heyət, 60-dək tank və digər zirehli texnika, 250-dək təkərli və xüsusi texnika, 70-dək müxtəlif çaplı artilleriya qurğusu və minaatan cəlb olunub.

Qoşunların hazırlığının yoxlanılması məqsədilə birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılıb və cəmləşmə rayonlarına çıxarılaraq tam döyüşə hazırolma dərəcəsinə gətirilib.

Təlimin əməliyyat şəraitinə uyğun olaraq qoşunlar şərti düşmənin hücumunun qarşısının alınması, onun atəşlə tələfata uğradılması və müdafiənin əlverişli hədlər üzrə bərpa olunması tapşırıqlarını yerinə yetirib.

Təlimlərə cəlb olunan şəxsi heyət qarşıya qoyulan bütün tapşırıqları uğurla yerinə yetirib.