Bakıda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bayram süfrəsi - Fotolar

15 İyun 2018 17:35 (UTC+04:00)

AzNews.az-a Xidmətdən verilən məlumata görə, bayram tədbirində Mərkəzin rəisi Taleh İbrahimov bildirib ki, ölkəmizdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılmaları, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaları daim diqqət mərkəzində saxlanılır, onlara hər zaman qayğı göstərilir.

Təşkil edilən bu bayram süfrəsi də əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə multikultural və tolerant prinsiplərə yüksək qiymət verən dövlətimizin qayğısının nümunəsidir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.