Messi Ronaldunu keçdi?

15 İyun 2018 18:11 (UTC+04:00)

Oxu.Az-ın xəbərinə görə, bu barədə nəşrin saytında yazılıb.

“Forbes”in məlumatına görə, Messinin 2017-ci il üzrə gəliri 111 milyon dollar təşkil edib. Bunlardan 84 milyon dollarını futbolçu “Barselona”dan, qalan hissəni isə reklam müqavilələrindən qazanıb.

Siyahıda ikinci yeri “Real”ın hücumçusu Kriştianu Ronaldu tutub. Onun illik gəliri 108 milyon dollar təşkil edib. Üçlüyə Fransa PSJ-sinin forvardı Neymar 90 milyon dollar gəliri ilə daxil olub.

AzNews.az