Qazax sakini güllə yarası aldı - Ermənilərin vurduğu iddia olunur

15 İyun 2018 18:18 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, rayonun Aşağı Quşçu kənd sakini, 1990-cı il təvəllüdlü Ağamalıyeva Güləma Aqif qızı topuq nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya çatdırılıb.

Ailə üzvləri onun erməni silahlılarının açdığı atəş nəticəsində yaralandığını bildiriblər.