Komitə sədri Gürcüstanda yaşayan azərbaycanlılarla görüşdü - Fotolar

15 İyun 2018 19:15 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, F. Muradov görüş iştirakçılarını Ramazan bayramı münasibətilə təbrik edib.

Komitə sədri deyib ki, görüşün məqsədi Faxralı kəndinin icması ilə tanış olmaq və yerli sakinləri narahat edən problemlərlə tanış olmaqdır.

Görüşdə Faxralı kəndinin ağsaqqalları, ziyalıları və gəncləri iştirak edib. Kəndin ziyalıları görüşdə çıxış edərək kəndin qayğıları və sakinləri narahat edən problemlər barədə danışıblar.