“Tramp G 7 liderlərinə qarşı kobudluq edib”

16 İyun 2018 11:27 (UTC+04:00)

“Wall Street Journal”ının verdiyi xəbərə görə, Kanadada baş tutan “G7” sammitində Tramp bir neçə dəfə Avropa İttifaqı Komissiyasının sədri Yan-Klaud Yunkeri “qəddar cinayətkar” adlandırıb.

Bundan başqa, qeyd olunub ki, Tramp nəzakətli şəkildə Yunkeri Amerikan istehsalçılarına qarşı Aİ-nin tətbiq etdiyi cərimlərə görə “qətl”də günahlandırıb.

Tramp terrorizmlə mübarizə məsələsinin müzakirəsi zamanı isə Fransa prezidenti Emmanuel Makrona üz tutaraq “Bütün terrorçular Parisdədir”, deyib. Makronun da bu vəziyyətdən xəbərdar olduğunu, məsələni qulaqardına vurduğunu bildirib.

Bildirilib ki, Sammit zamanı həmçinin Yaponiyanın baş naziri Sindzo Abe də Trampın "qurbanı"na çevrilib. Miqrant böhranı probleminin müzakirəsi zamanı Tramp deyib ki, Tokio üçün bu problem aktual deyil: “25 milyon meksikalı göndərə bilərəm və sən tezliklə postunu itirərsən”.

Sammit sonrası, Tramp "Twitter"də qeyd edib ki, Kanada baş naziri Castin Trudeaunun yalan açıqlamalarına görə, sammitin sonunda qəbul edilən yekun bəyanatın ABŞ tərəfindən imzalanmamasına dair tapşırıq verib.(apa.az)

AzNews.az