Messi penaltini vura bilmədi, Argentina 1 xalla kifayətləndi

16 İyun 2018 19:04 (UTC+04:00)

Növbəti görüşdə Argentina və İslandiya üz-üzə gəlib. Son Avropa çempionatında sürpriz nəticə ilə yadda qalan avropalıların Lionel Messinin kapitanı olduğu komandya qarşı oyunu 1:1 hesabı ilə başa çatıb.

Kapitan Messi penaltini yerinə yetirə bilməyib və Argentina 1 xal ilə kifayətlənməli olub.

16 iyun

DÇ-2018

I tur

D qrupu

17:00. Argentina - İslandiya - 1:1
Qol: Serxio Aquero, 19 (1:0), Alfred Finnboqason, 22 (1:1)
Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkeviç (hamısı Polşa)
Moskva, "Spartak" stadionu

AzNews.az