Ermənistanın baş naziri Dağlıq Qarabağa gedib

17 İyun 2018 10:01 (UTC+04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Nikol Paşinyan təmas xəttindəki mövqelərə baş çəkib.

“Baş nazir təmas xəttindəki mövqelərdə mühəndis infrastrukturları və istehkamlar, habelə müdafiənin təşkili üçün yeni texnologiyalarla tanış olub”, - deyə Ermənistan hökumətinin məlumatında bildirilir.

Nikol Paşinyanı Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan, Ermənistanın müdafiə naziri və baş qərargah rəisi müşayiət edib.