Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb

17 İyun 2018 10:42 (UTC+04:00)

“Report” xəbər verir ki, onların arasında gecə saatlarında Moskvadan Bakıya uçmalı olan təyyarə reysi də var.

Gecə saat 01:40 radələrinə qədər ümumilikdə Vnukovo aeroportunda 5 aviareys, Domodedovoda, Moskva-Bakı aviareysi də daxil olmaqla 14 reys, Şeremetyevoda isə 6 reys təxirə salınıb və ya ləğv olunub.

Lakin yarım saatdan sonra təxirə salınan və ya ləğv olunan aviareyslərin sayı artıb. Bakı vaxtı ilə 02:20-yə olan məlumata görə, Domodedovo hava limanında 14 reys gecikmə ilə uçub, ikisi ləğv olunub, Vnukovoda 8 reys gecikib və 3-ü ləğv olunub, Şeremetyevodan isə 8 reys uça bilməyib.

Reyslərin hansı səbəbdən təxirə salındığı məlum deyil.