Bakıda 3 otaqlı, Beyləqanda 8 otaqlı ev yanıb

17 İyun 2018 10:31 (UTC+04:00)

AzNews.az-a FHN-dən verilən məlumata əsasən, paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Həmçinin, Beyləqan şəhərində ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m²) olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində hamam otağının yanar konstruksiyaları 4 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.