Moskvada sürücü avtomobili piyadaların üzərinə sürdü: yaralılar arasında azərbaycanlılar da var

17 İyun 2018 11:39 (UTC+04:00)

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, xəsarət alanlar arasında azərbaycanlılarla yanaşı, iki Meksika, iki Rusiya və 1 Ukrayna vətəndaşı da var.

Qeyd edək ki, hadisə şənbə günü Moskvanın mərkəzindəki İlinka küçəsində baş verib. Taksi sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini kütləyə çırpıb. Nəticədə 7 nəfər xəsarət alıb. Sürücü bildirib ki, o, əyləc əvəzinə qazı basıb.

Moskvanın Yol Hərəkətinin Təşkil edilməsi Mərkəzinin Daxili İşlər Nazirliyinin Baş İdarəsinə istinadən yaydığı məlumata görə, hadisəni törədən sürücü sərxoş olmayıb. O, sürücülük vəsiqəsini 2013-cü ildə Qırğızıstanda alıb.