Bayram şənliyi gülləbaran edildi - 20 nəfər öldürüldü

17 İyun 2018 20:53 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, Ramazan bayramı şənliklərini hədəf alan hücumlarda 20 nəfər ölüb, 48 nəfər yaralanıb.

Nigeriya polisi hücumu həyata keçirənlərin 6 nəfər olduğunu açıqlayıb.

Hücumu “Boko-Haram” terror təşkilatının həyata keçirdiyi ehtimal edilir.

AzNews.az