Meksika komandası Almaniya yığmasını məğlub etdi

17 İyun 2018 21:03 (UTC+04:00)

Trend-in məlumaıtna görə, növbəti oyun "F" qrupu çərçivəsində baş tutub, Almaniya və Meksika komandaları qarşılaşıb. Oyun Moskva şəhərində “Lujniki” stadionunda keçirilib.

İlk dəqiqələrdən gərgin mübarizə şəraitində keçən matçda qalib Cənubi amerikalılar olublar.

Meksikalılar minimal hesablı qələbə qazanıblar. Oyunun yeganə qolunu 35-ci dəqiqədə Meksika futbolçusu Hirvinq Lozano vurub.

Beləliklə, Meksika yığması turnirə qələbə ilə başlayaraq aktivinə 3 xal yazır. Qrup çərçivəsində növbəti oyun sabah Bakı vaxtı ilə 16:00-da keçiriləcək. Nijni Novqorod şəhərinin "Nijni Novqorod" stadionunda İsveç və Cənubi Koreya komandaları görüşəcək.

AzNews.az