Turist avtobusu qəzaya düşdü - Ölənlər var

18 İyun 2018 12:25 (UTC+04:00)

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, 16 nəfər yaralanıb.

Məlumata görə, 50 insanın olduğu avtobus əvvəlcə qarşıdan gələn yol xəttinə çıxıb, sonra dərəyə yuvarlanıb.

Hazırda yol bağlanıb, ərazidə 6 təcili tibbi yardım dəstəsi və onlarla xilasetmə qrupu işləyir, yaralıları evakuasiya etmək üçün helikopterlər cəlb olunub.

AzNews.az