Bakıda ombudsmanların konfransı keçiriləcək

18 İyun 2018 14:45 (UTC+04:00)

“Report”un xəbərinə görə, iyunun 20-21-də keçirilməsi nəzərdə tutulan konfransın mövzusu “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” olacaq.

Tədbirə xarici ölkələrin ombudsmanları, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, UNESCO və digər beynəlxalq təşkilatların ölkəmizdə təmsil olunan nümayəndələri, habelə Azərbaycan Milli Məclisinin deputatları, dövlət qurumları, qeyri-hökumət təşkilatları və media təmsilçiləri qatılacaq.

AzNews.az